Axtarış

Arxiv

Sorğu

1
Yeni Saytımızı Necə Qiymətləndirirsiniz?

Özünü yandıran Naxçıvan sakininin son vəziyyəti

no alt

Qartalia.com 14.02.2014   16:25 Özünü yandıran Naxçıvan şəhər sakini Hüseyn Məmmədovun vəziyyəti nisbətən yaxşılaşıb. Bu haqda Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsindən məlumat veriblər. Məlumata görə, xəstənin vəziyyəti əvvəlki günlərə nisbətən yaxşılaşsa da, həyatı təhlükəsi hələ də qalır. Qartalia.com  Azadlıq radiosu-na istinadən xəbər  verir ki, 41 yaşlı Hüseyn Məmmədovunun fevralın 12-də Daxili İşlər Nazirliyinin qarşısında özünü yandırdığı deyilir. [...]

14 Fevral 2014 Cümə - 223 dəfə oxunub
Facebook 0 Twitter 0
Qartalia.com
14.02.2014   16:25
Özünü yandıran Naxçıvan şəhər sakini Hüseyn Məmmədovun vəziyyəti nisbətən yaxşılaşıb.

Bu haqda Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsindən məlumat veriblər. Məlumata görə, xəstənin vəziyyəti əvvəlki günlərə nisbətən yaxşılaşsa da, həyatı təhlükəsi hələ də qalır.

Qartalia.com  Azadlıq radiosu-na istinadən xəbər  verir ki, 41 yaşlı Hüseyn Məmmədovunun fevralın 12-də Daxili İşlər Nazirliyinin qarşısında özünü yandırdığı deyilir. Bu haqda AzadlıqRadiosuna onun qardaşı Ramiq Məmmədov məlumat vermişdi.

Hüseyn Məmmədovun intihara cəhd etməsinə səbəb kimi işsizlik göstərilirdi. Adının çəkilməsini istəməyən şahidlərdən birinin sözlərinə görə, öz şəxsi maşını ilə taksi fəaliyyəti göstərmək istəyən Hüseyn Məmmədova polislər mane olurmuş.  Bununla bağlı bir neçə dəfə Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədovun qəbulunda olsa da müsbət cavab ala bilməyib. Şahidləri sözlərinə görə, Hüseyn Məmmədov sonuncu dəfə fevralın 12-də DİN-də olub və ordan çıxandan sonra özünü yandırıb.

Xəstə əvvəlcə Dəri Zöhrəvi Xəstəxanasına, daha sonra isə Travmatologiya şöbəsinə yerləşdirilib.

Hüseyn Məmmədovun qardaşı Ramiq Məmmədov Azadlıq Radiosuna bildirmişdi ki, xəstəxana və digər  xərcləri muxtar respublika daxili işlər naziri Əhməd Əhmədov çəkir.

 

Şərhinizi yazın

 
Qartal İnformasiya Agentliyi: 2013 Bütün Hüquqları Qorunur.
iPortal Kodlayan: Özer Gül